
Bakı.Trend:
2026–2027-ci tədris ili üçün dövlət ümumi təhsil müəssisələrinə
müəllimlərin işə qəbulu üzrə müsabiqənin elektron sənəd qəbulu
mərhələsi başlayır.
Bu barədə Trend-ə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət
Agentliyindən (MÜTDA) məlumat verilib.
Bildirilib ki, elektron sənəd qəbulu mərhələsi 3-10 iyun
tarixlərini əhatə edəcək.
Qeyd edək ki, müsabiqədə iştirak etmək istəyən şəxslər “Digital
Login” əldə etdikdən sonra 3 iyun saat 11:00-dan 10 iyun saat
11:00-dək www.miq.edu.az saytına daxil olaraq qeydiyyatdan keçə
bilərlər.
Müsabiqədə iştirak edəcək bütün namizədlərə uğurlar
arzulayırıq.

