
Bakı.Trend:
Mayın 19 – 21-i tarixlərində Kaliforniyanın Sunniveyl şəhərində,
“Plug and Play” şirkətinin baş ofisində “Silicon Valley May Summit
2026” tədbiri keçirilib.
Bu barədə Trend-ə İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyindən
(İRİA) məlumat verilib.
Bildirilib ki, üç gün davam edən tədbir bu il 17 fərqli sənaye
proqramı üzrə 300-dən çox startapı, 4 000-dən çox iştirakçını,
korporativ tərəfdaşları və investorları bir araya gətirib. Builki
tədbirin gündəliyində mərkəzi mövzular süni intellekt, fintex,
“dərin” texnologiyalar, kibertəhlükəsizlik, mobillik, sənaye
təchizatı və yarımkeçirici həlləri olub.
Mayın 20-də keçirilən “Global Startup Showcase” səhnəsində
İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (İRİA) ilə “Plug and Play”
innovasiya şirkətinin tərəfdaşlığı əsasında həyata keçirilən “GOAL”
proqramının qalibi olan Azərbaycan startapları da çıxış edib.
“GOAL” proqramı çərçivəsində “Global Startup Showcase” səhnəsinə
çıxan beş Azərbaycan startapı — “Glacies Biome”, “Bonfi”,
“Recepta”, “Pixelfork” və “Pionero AI” biotex, sağlamlıq və süni
intellekt sahələrində öz həllərini beynəlxalq auditoriyaya təqdim
edib.
“Pionero AI” startapı isə bir neçə həftə öncə keçirilən “Shark
Tank” sessiyasının qalibi qismində “Showcase” əsas səhnəsində
investorlar önündə xüsusi təqdimat imkanı qazanıb və mayın 20-də
çıxış edib. Tədbir Azərbaycan startaplarının qlobal platformalarda
tanınmasını təmin etməklə yanaşı, onların Silikon Vadisi
ekosisteminə inteqrasiyası, eləcə də beynəlxalq investisiya və
korporativ tərəfdaşlıq üçün imkanlar yaradıb.

