Rusiyalı məmurların telefonlarında casus proqramları aşkarlanıb

Baş səhifə

Bakı. Trend:

Rusiyada Federal Təhlükəsizlik Xidməti xarici xüsusi xidmət
orqanlarının casusluq məqsədilə dövlət qulluqçularının
telefonlarına “zərərli proqram təminatı” quraşdırmaq planını ifşa
edib.

Trend xəbər verir
ki, bu barədə FTX-nin mətbuat xidməti məlumat yayıb.

Xüsusi xidmət orqanı iddia edir ki, hücum böyük beynəlxalq İT
şirkətlərinin imkanlarından istifadə edilməklə həyata keçirilib və
smartfon sahiblərinin xəbəri olmadan cihazlardakı məlumatlara çıxış
əldə etməyə imkan verib.




Söhbət təkcə danışıqların dinlənilməsindən deyil, həm də
yoluxdurulmuş cihazlar vasitəsilə gizli audio və video müşahidədən
gedir.

FTX-nin yayımladığı videoda xüsusi xidmət əməkdaşlarından biri
bildirir ki, ilk növbədə xüsusi xidmət orqanları cihaza müdaxilə
edir, daha sonra kompromat toplandıqdan sonra izləmənin qurbanları
sistemli şəkildə ABŞ və Avropa İttifaqının sanksiya siyahılarına
daxil edilir.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir