Almaniyada azərbaycanlıya təcavüz edən ərəblər mühakimə olunur

Baş səhifə

Bakı.Trend:

Almaniya məhkəməsində Suriya və İraqdan olan beş
təqsirləndirilən şəxsdən dördü azərbaycanlı qıza qarşı törədilmiş
qrup halında zorlama faktı üzrə təqsirli olduqlarını etiraf
ediblər.

Trend bu barədə
xarici mediaya istinadən xəbər verir.

Bildirilir ki, yaşı 17-dən 27-yə qədər olan beş nəfərin məhkəmə
prosesi qapalı keçirilir.




Prokurorluq beş kişini ötən ilin 18 oktyabr tarixində
Haynsberq-Unterbruxda yerləşən mənzildə 17 yaşlı qızı zorlamaqda
ittiham edir. İstintaqın versiyasına görə, təqsirləndirilən şəxslər
azyaşlını itaət etməyə məcbur etmək üçün onu elektroşokerlə
hədələyiblər. Prokurorluğun açıqlamasına əsasən, qız müttəhimlərdən
biri ilə tanış olub. O, hadisədən bir gün sonra polisə müraciət
edib.

Bundan sonra polis xüsusi təyinatlı bölməni əməliyyata cəlb
edib. Buna əsas səbəb əməkdaşların kişilərin odlu silaha malik ola
biləcəyindən şübhələnməsi olub. Mənzildə aparılan axtarış zamanı
həqiqətən də tapança və elektroşoker aşkar edilib.

Bu iş üzrə hökmün iyul ayında elan ediləcəyi gözlənilir.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir