
Bakı.Trend:
May ayında metroda NFC və QR bilet vasitəsilə ümumilikdə 9 222
099 ödəniş həyata keçirilib. Bu göstərici ay ərzində metrodan
ödənişli istifadə edən sərnişinlərin 49,7 faizini təşkil edib.
Bu barədə Trend-ə “Bakı Metropoliteni” QSC-dən məlumat
verilib.
Bildirilib ki, ötən ay sərnişinlər Bakı metrosundan 19 milyondan
çox dəfə istifadə ediblər. Ayın ən çox sərnişin qəbul edən
stansiyası 1 673 358 sərnişinlə “Koroğlu” olub.
Qurban bayramı və Müstəqillik Günü də daxil olmaqla 27–31 may
tarixlərini əhatə edən qeyri-iş günlərində sərnişinlər metrodan 2
134 080 dəfə istifadə ediblər.
Qeyd olunub ki, “Əlçatan metro” xidməti tərəfindən isə may ayı
ərzində 149 sifariş yerinə yetirilib.

