
Bakı.Trend:
ABŞ Prezidenti Donald Tramp iyulun 7–8-də Ankarada keçiriləcək
NATO sammitində iştirak etməyi planlaşdırır.
Trend xəbər verir
ki, bunu Türkiyənin XİN rəhbəri Hakan Fidan təsdiqləyib.
Onun sözlərinə görə, Tramp Prezident Rəcəb Tayyib Ərdoğanla son
telefon danışıqları zamanı alyans liderlərinin görüşündə şəxsən
iştirak etmək niyyətini dəfələrlə təsdiqləyib.
Türkiyə diplomatiyasının rəhbəri həmçinin qeyd edib ki, ABŞ NATO
qarşısındakı öhdəliklərinə sadiq qalır və müttəfiqləri müdafiə
xərclərini artırmağa çağırmağa davam edir. Bundan əlavə, o,
Ankaranın Vaşinqton və Tehran arasında aparılan danışıqlar
prosesini dəstəklədiyini vurğulayıb.

