
Bakı. Trend:
İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian Prezident
İlham Əliyevə məktub ünvanlayıb.
Trend xəbər
verir ki, məktubda qeyd olunub:
“Azərbaycan Respublikasının milli bayramı – Müstəqillik Günü
münasibətilə Sizi və xalqınızı səmimi-qəlbdən təbrik edirəm.
İranın və Azərbaycanın xalqları çoxsaylı tarix, sivilizasiya,
mədəniyyət, din və dil ortaqlıqlarına malikdirlər. Bu ortaq bağlar
ölkələrimizin xalqları arasındakı dostluğu möhkəmləndirmiş və
sarsılmaz etmişdir. Şübhəsiz ki, bizim qırılmaz bağlarımız iki ölkə
arasında münasibətlərin inkişafı üçün möhkəm zəmin olmuşdur.
Azərbaycan Respublikası müstəqilliyini bərpa etdikdən sonra İran
İslam Respublikası hər zaman iki ölkənin qarşılıqlı əlaqələrinin
inkişafını dəstəkləmişdir. Biz şadıq ki, xalqlarımızın istək və
arzularına uyğun olaraq bu gün ölkələrimiz arasındakı
münasibətlərdə dinamik prosesin şahidiyik.
Ümidvaram ki, ikitərəfli, regional və beynəlxalq mövzuların
geniş spektrini əhatə edən bu dinamik proses daha yüksək sürətlə
davam edəcəkdir.
Uca Allahdan Zati-alinizə möhkəm cansağlığı və müvəffəqiyyətlər,
Azərbaycan Respublikasının xalqına isə rifah və əmin-amanlıq
arzulayıram”.

