Layihələrdə erkən rəqəmsallaşdırmaya ehtiyac var – ABB Energy Industries

Baş səhifə

Bakı. Trend:

Enerji sənayesi daha avtonom əməliyyatlara keçid üçün
layihələrin ilkin mərhələlərindən rəqəmsallaşdırma,
kibertəhlükəsizlik və məlumatların idarə edilməsini daha fəal
şəkildə nəzərdən keçirməlidir.

Trend-in
məlumatına görə, ABB Energy Industries şirkətinin Enerji Keçidi
üzrə vitse-prezidenti Kristofer Viqq bu açıqlamanı Bakıda keçirilən
31-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisində panel iclasında
verib.

O bildirib ki, neft, qaz və enerji sənayesində rəqəmsal həllərin
inkişafı analitika, avtomatlaşdırma və süni intellekt
texnologiyalarının tətbiqi üçün təməl təşkil edən məlumatların
istifadəsi ilə birbaşa bağlıdır.

“Məlumatlara əsaslanan rəqəmsal tərəqqi bizi avtonom
əməliyyatlara aparır”, – deyə o qeyd edib.

Viqq vurğulayıb ki, məlumatların dəyəri yalnız əməliyyat,
mühəndislik və layihə məlumatları da daxil olmaqla, onların tam
toplanması və inteqrasiyası vasitəsilə reallaşır ki, bu da
aktivlərin idarə edilməsinin səmərəliliyini əhəmiyyətli dərəcədə
artırır.




O, kibertəhlükəsizliyə xüsusi diqqət yetirərək, qeyd edib ki,
bu, dizayn mərhələsindən fiziki, şəxsi və rəqəmsal təhlükəsizlik də
daxil olmaqla, hərtərəfli şəkildə nəzərdən keçirilməlidir.

Onun sözlərinə görə, əsas yanaşma təhlükəsizlik tələblərini
əməliyyat mərhələsində deyil, layihə planlaşdırmasının əvvəlindən
nəzərə almaqdır.

O, həmçinin interfeysləri effektiv şəkildə idarə etmək və sabit
infrastruktur fəaliyyətini təmin etmək üçün bütün rəqəmsal
platformaların, İT sistemlərinin və rabitə şəbəkələrinin
inteqrasiyasının vacibliyini qeyd edib.

Viqq vurğulayıb ki, məlumatların və rəqəmsal sistemlərin
inteqrasiyası istismara verildikdən sonra obyektlərin
səmərəliliyini artırır və enerji sektorunda daha idarəolunan və
avtonom rəqəmsal əməliyyatlara keçidi sürətləndirir.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir