Azərbaycan ABŞ şirkətləri ilə sənədlər imzalayıb (FOTO)

Baş səhifə

Bakı. Trend:

“Bakı Enerji Həftəsi” çərçivəsində keçirilən 1-ci Azərbaycan-ABŞ
İqtisadi Dialoqu tədbirində İqtisadiyyat Nazirliyi və “Oracle”
şirkəti arasında Anlaşma Memorandumu, Azərbaycan Dövlət Neft
Şirkəti (SOCAR) və “Lummus Technology” şirkəti arasında Strateji
Əməkdaşlıq Sazişi imzalanıb.

Trend xəbər
verir ki, bu barədə Azərbaycanın iqtisadiyyat naziri Mikayıl
Cabbarov “X” hesabında paylaşım edib.




“Bakı Enerji Həftəsi” çərçivəsində keçirilən 1-ci Azərbaycan –
ABŞ İqtisadi Dialoqu tədbirində İqtisadiyyat Nazirliyi və “Oracle”
şirkəti arasında Anlaşma Memorandumu, SOCAR və “Lummus Technology”
şirkəti arasında Strateji Əməkdaşlıq Sazişi imzalandı. İqtisadiyyat
Nazirliyi və “Oracle” arasında imzalanmış Memorandum ölkəmizdə
rəqəmsal infrastrukturun yaradılmasını, müasir texnologiyaların
tətbiqini, texnologiya transferi sahəsində fəal əməkdaşlığı təmin
edəcək. SOCAR və “Lummus Technology” arasında imzalanmış Saziş isə
səmərəli həllər və sənaye texnologiyalarının tətbiqi istiqamətində
işbirliyini əhatə edir”, – paylaşımda qeyd edilib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir