ABŞ İranın dörd kriptovalyuta birjasına sanksiyalar tətbiq edib

Baş səhifə

Bakı. Trend:

ABŞ Maliyyə Nazirliyi İranın dörd kriptovalyuta birjasına
sanksiyalar tətbiq edib.

Trend-in
məlumatına görə, bu barədə ABŞ Maliyyə Nazirliyi məlumat yayıb.




Nobitex, Wallex, Bitpin və Ramzinex kimi ticarət platformaları
məhdudiyyətlərə məruz qalıb. ABŞ hakimiyyət orqanlarının fikrincə,
onlar sanksiyalardan yayınmaq üçün istifadə olunub.

ABŞ Maliyyə Nazirliyinin məlumatına əsasən, 2025-ci ildə Nobitex
İranın rəqəmsal aktiv əməliyyatlarının 50%-dən çoxunu, o cümlədən
İran mərkəzi bankı və İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH)
əməliyyatlarını idarə edib. Bu ticarət platformasının təsisçiləri
və top menecerləri arasında dörd İran vətəndaşı da sanksiya
siyahısına daxil edilib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir