NATO səviyyəsində nüvə çəkindirmə potensialı müzakirə edilir – Polşa müdafiə naziri

Baş səhifə

Bakı. Trend:

Polşa müdafiə naziri Vladislav Kosiniak-Kamış təsdiqləyib ki,
ABŞ və bir neçə Avropa ölkəsi arasında Nüvə Paylaşımı proqramının
genişləndirilməsi ilə bağlı NATO səviyyəsində danışıqlar
aparılır.

Trend-in
məlumatına görə, bu barədə nazir “TVP Info” televiziya kanalının
proqramında deyib.




“Əlbəttə ki, NATO səviyyəsində [danışıqlar] davam edir. İyunun
18-də Brüsseldəki [NATO] qərargahında müdafiə nazirlərinin görüşü
keçiriləcək və gündəmdəki mövzulardan biri nüvə silahından
çəkindirmə potensialı olacaq”, – deyə o bildirib.

“Bu barədə artıq danışmaq istəmirəm, çünki bu, çox həssas bir
mövzudur. Bununla bağlı hər hansı bir açıqlama olarsa, onlar yalnız
qəti olacaq və NATO səviyyəsində olacaq, fərziyyələr olmayacaq”. –
deyə nazir əlavə edib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir