“Real” yayın ilk transferini etməyə yaxındır

Baş səhifə

Bakı. Trend:

Madrid “Real”ı bu yayın ilk transferini reallaşdırmağa
yaxındır.

Trend xəbər
verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb.

Mənbənin iddiasına görə, “Kral klubu” “Inter” və Niderland
millisinin müdafiəçisi Denzel Dumfris ilə bağlı danışıqları uğurla
yekunlaşdırıb. Tərəflər transferin bütün detallarını
razılaşdırıblar.




Bildirilib ki, Madrid təmsilçisi futbolçunun müqaviləsində
nəzərdə tutulan 20 milyon avroluq sərbəstqalma məbləğini ödəyəcək.
30 yaşlı müdafiəçi də karyerasını “Real”da davam etdirməyə razılıq
verib.

Məlumata əsasən, transferin yaxın günlərdə rəsmi şəkildə
açıqlanacağı gözlənilir.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir