Ağdaşda maşın ağaca çırpıldı – 1 nəfər öldü

Baş səhifə

Ağdaş rayonunda ölümlə nəticələnən avtomobil qəzası olub.

Modern.az xəbər verir ki, hadisə rayon mərkəzində qeydə alınıb.

Əlirza Lətifovun idarə etdiyi “VAZ-2106” markalı avtomobil ağaca çırpılıb. Nəticədə nəqliyyat vasitəsində olan sərnişin, 37 yaşlı Elgün Həsənov hadisə yerində ölüb. Digər sərnişin, 41 yaşlı Ramil Həsənov xəsarət alıb.

DİN-in Mətbuat Xidmətinin regional qrupundan bildirilib ki, faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar aparılır.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir