Lənkəranda avtomobil 51 yaşlı kişini vuraraq öldürüb

Baş səhifə

Lənkəranda avtomobil 51 yaşlı piyadanı vuraraq öldürüb.

APA-nın cənub bürosunun verdiyi xəbərə görə, hadisə ötən gecə Lənkəran-Boradigah-Masallı magistralında, Lənkəran rayonunun Girdəni kəndi ərazisində baş verib. 2004-cü il təvəllüdlü Elsevər Məhərrəmovun idarə etdiyi “Mercedes” markalı nəqliyyat vasitəsi 1975-ci il təvəllüdlü Əliyar Qulamovu vurub. Ə.Qulamov hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir