
Bakı. Trend:
Ölkənin qanuni lotereya təşkilatçısı və idman mərc oyunları
operatoru “Azərlotereya” ASC
2025-cü il üzrə maliyyə hesabatını təqdim edib.
Şirkət 2025-ci il hesabat dövrünə aid 100.7 milyon vergi ödəyib.
Bu məbləğdən hesablanmış sadələşdirilmiş və mənfəət vergisi məbləği
83.3 milyon manat təşkil edib. Qeyd edək ki, 2024-cü ildə bu
göstərici 70.3 milyon manat olub.
2025-ci ildə “Azərlotereya”nın satışdan gəlirləri 373,70 milyon
manat təşkil edib. Lotereya iştirakçıları üçün ayrılmış uduş
fondunda artım müşahidə olunub. Bununla yanaşı, şirkətin xalis
mənfəəti 73,9 milyon manat təşkil edib.
2025-ci il ərzində şirkət 4,8 milyon manat məbləğində
investisiya edərək uzunmüddətli aktivlərini 44,6 milyon manatdan
49,4 milyon manata yüksəldib. O cümlədən, “Azərlotereya”nın 2025-ci
ilin sonu cəmi aktivləri 130,4 milyon manat təşkil edib. Şirkətin
2024-cü ilin sonunda cəmi aktivləri 115,1 milyon manat olub.
“Azərlotereya”nın cəmi kapitalı 31 faiz artaraq 50,7 milyon
manata çatıb. Hesabatla daha ətraflı “Azərlotereya”nın saytından
tanış ola bilərsiniz.

