Şuşada 34,5 km su və 27,5 km kanalizasiya şəbəkəsi istismardadır

Baş səhifə

Şuşa. Trend:

İşğaldan azad edilmiş ərazilərdə içməli su və kanalizasiya
infrastrukturunun bərpası və yenidən qurulması istiqamətində
genişmiqyaslı işlər həyata keçirilib.

Azərbaycan Su Ehtiyatları Agentliyindən (ADSEA) Trend-ə verilən məlumata
görə, ən böyük su təchizatı sistemlərindən biri Xankəndi şəhərində
fəaliyyət göstərir.

Bildirilib ki, şəhər Xəlfəli çayı, magistral su kəmərləri və 15
subartezian quyusu vasitəsilə su ilə təmin olunur. Xankəndidə 104
kilometr uzunluğunda su şəbəkəsi, sutkalıq gücü 16 min kubmetr olan
iki sutəmizləyici qurğu, 15 min kubmetr tutumlu su anbarları və 67
kilometr kanalizasiya şəbəkəsi istismar edilir. Hazırda şəhərdə 3
264 abonentə xidmət göstərilir.




Şuşa şəhərində isə Kiçik Kirs və Zarıslı su mənbələrindən
qidalanan sistem vasitəsilə şəhərin su təminatı həyata keçirilir.
Burada 34,5 kilometr su şəbəkəsi, 27,5 kilometr kanalizasiya xətti
və sutkalıq məhsuldarlığı 5 min kubmetr olan sutəmizləyici qurğu
fəaliyyət göstərir. Şuşada 535 abonent və 30 istehlakçı su
xidmətlərindən istifadə edir.

Xocalı, Əsgəran, Xocavənd, Hadrut və Ağdərə yaşayış
məntəqələrində də mövcud su mənbələri bərpa olunub, yeni su xətləri
çəkilib, əlavə subartezian quyuları qazılıb və tullantı sularının
təmizlənməsi üçün müasir qurğular quraşdırılıb.

Hazırda regionun şəhər və qəsəbələrində dövlət qurumları,
təşkilatlar və məskunlaşmış əhali üçün dayanıqlı su təchizatı
xidmətləri təmin edilir.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir