Türkiyənin məşhur aparıcısı vəfat edib

Baş səhifə

Bakı. Trend:

Türkiyənin tanınmış jurnalisti və teleaparıcısı Reha Muhtar
müalicə aldığı xəstəxanada 66 yaşında vəfat edib.

Trend bu barədə
Türkiyə mediasına istinadən xəbər verir.

Bir neçə gün əvvəl Muğlanın Bodrum rayonundakı evində halı
pisləşən Muhtar rayon xəstəxanalarından birinə
yerləşdirilmişdi.




Aparılmış müayinədən sonra Muhtara ürək çatışmazlığı diaqnozu
qoyulmuş və o reanimasiya şöbəsinə köçürülmüşdü.

Həkimlərin bütün səylərinə baxmayaraq teleaparıcı bu gün vəfat
edib.

Jurnalist bundan əvvəl 2024-cü ildə “ölümdən dönüb”. O 20 avqust
2024-cü ildə evində yıxılaraq beyin qanaması keçirmiş və süni
tənəffüs aparatına qoşulmuşdu. Uzun müddət reanimasiya şöbəsində
müalicə alan tanınmış sima daha sonra xəstəxanadan evə
buraxılmışdı.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir