Xamenei ilə vida mərasimi üzrə hazırlıq işləri aparılır

Baş səhifə

Bakı. Trend:

İranın sabiq Ali Lideri Ayətullah Seyid Əli Xamenei ilə vida
mərasiminin təşkil olunması üçün hazırlıq işləri
aparılmaqdadır.

Trend-in
məlumatına görə, bunu İranın İslam Təbliğatı Koordinasiya Şurasının
sədr müavini Məhəmməd Rza Mirtacəddini bu gün təşkil olunan mətbuat
konfransında deyib.

Onun sözlərinə görə, vida mərasiminin təşkil olunması ilə
əlaqədar araşdırmalar yekunlaşıb və qərarın verilməsi üçün Ali
Liderin ofisinə təqdim olunub.




Mirtacəddini bildirib ki, indiyə qədər vida mərasiminin təşkil
olunması ilə əlaqədar vaxt müəyyən edilməyib.

İranlı rəsmi əlavə edib ki, Tehranda 15-20 milyon nəfərin
iştirak edəcəyi gözlənilir. Çünki digər vilayətlərdən də
vətəndaşlar, eyni zamanda müxtəlif ölkələrdən Tehrana qonaqlar
gələcək.

Qeyd edək ki, 28 fevralda ABŞ və İsrailin İrana hərbi hava
hücumları nəticəsində İranın Ali Lideri Ayətullah Seyid Əli Xamenei
və onun ailə üzvlərindən bir neçə nəfər ölüb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir