
Bakı. Trend:
İran ötən gecə ABŞ-nin Hörmüz boğazında İranın bir neft tankeri
və Hörmüzqan vilayətinin Qeşm adasında kommunikasiya qovşağına
hücumları sərt şəkildə qınayır.
Trend xəbər
verir ki, bu barədə İran Xarici İşlər Nazirliyi bəyanat yayıb.
Bəyanata əsasən, bu hücumlar 8 aprel atəşkəs razılaşmasının
pozulması, eyni zamanda BMT nizamnaməsi və beynəlxalq hüququnun
açıq-aşkar şəkildə pozulması hesab olunur.
İran Xarici İşlər Nazirliyi İran əleyhinə hücumlar üçün region
ölkələrinin ərazisindən istifadə edən ABŞ-nin hərəkətlərini qınayır
və Küveyt və Bəhreynə ötən gecəki hücumla əlaqədar məsuliyyətli
olduğunu xatırladır.
“İran əleyhinə hərbi hücumu həyata keçirmək və yaxud ərazisində
yerləşən hərbi bazalarından istifadə etmək imkanı yaratmaq
beynəlxalq hüquq və qonşuluq prinsiplərinin açıq-aşkar pozulmasıdır
və BMT Baş Assambleyasının 3314 saylı qətnaməsinə uyğun olaraq
təcavüzkar addım hesab olunur”, – deyə bəynatda qeyd olunur.
Nazirlikdən bildirilib ki, İran öz ərazi bütövlüyü və
suverenliyini müdafiə etmək, hücumlara qarşılıq vermək, o cümlədən
hücumların həyata keçirildiyi məkanları vurmaq üçün bütün
imkanlarından istifadə edəcək.

