Şirkətlər süni intellektdən əvvəl proseslərini təhlil etməlidirlər – “SMART Solutions Group”

Baş səhifə

Bakı. Trend:

Şirkətlərdə süni intellektə və ya proseslərin inkişafına
prioritet verilməsi müəssisənin inkişaf səviyyəsindən və fəaliyyət
modelindən asılıdır.

Trend xəbər
verir ki, bunu “SMART Solutions Group” şirkətinin təsisçisi və baş
icraçı direktoru (CEO) Kənan Tabasaranski Bakıda keçirilən II Xəzər
Beynəlxalq Nəqliyyat, Tranzit və Logistika Forumunda bildirib.

K.Tabasaranski qeyd edib ki, artıq formalaşmış, etibarlı və
sabit proseslərə malik şirkətlər üçün süni intellekt biznesin
sürətləndirilməsi və inkişafının dəstəklənməsi baxımından vacib
alətə çevrilə bilər. Bu halda infrastruktur isə yardımçı element
rolunu oynayır.




O vurğulayıb ki, inkişaf mərhələsində olan, hələ öz fəaliyyət
modelini və bazardakı yerini müəyyənləşdirən şirkətlər üçün əsas
diqqət proseslərin qurulmasına yönəldilməlidir.

“İstənilən sistem ən zəif və ən yavaş işləyən hissənin sürəti
ilə fəaliyyət göstərir. Məsələn, təchizat zəncirində ən zəif
mərhələ müəyyən olunarsa, ondan əvvəl və ya sonra tətbiq edilən ən
güclü süni intellekt həlləri belə ümumi nəticəyə ciddi təsir
göstərməyəcək”, – deyə o bildirib.

K.Tabasaranskinin fikrincə, şirkətlər ilk növbədə öz biznes və
əməliyyat proseslərini təhlil etməli, daha sonra isə inkişaf
səviyyəsinə uyğun olaraq proseslərin və ya texnologiyaların
prioritetliyini müəyyən etməlidirlər.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir