
Xankəndi. Trend:
Hazırda Sərsəng su anbarında təxminən 320 milyon kubmetr su
ehtiyatı toplanıb və anbara suyun daxil olması davam edir.
Trend xəbər
verir ki, bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi
(ADSEA) tərəfindən Xankəndi şəhəri və Ağdərə rayonuna təşkil edilən
mediatur çərçivəsində jurnalistlərə açıqlamasında Regional Su
Meliorasiya Xidmətinin İdarə Heyətinin sədr müavini İlham Quliyev
məlumat verib.
Onun sözlərinə görə, Sərsəng su anbarının bəndinin hündürlüyü
125 metr, uzunluğu 555 metr, yuxarı hissəsinin eni isə 12 metr
təşkil edir.
İ.Quliyev bildirib ki, su anbarında maksimal dərinlik 103
metrdir.
“Anbarın su səviyyəsi Baltik hündürlük sistemi üzrə 528 metr
təşkil edir”, – deyə o əlavə edib.

