
Bakı. Trend:
İyunun 3-də “Bakı Enerji Həftəsi” çərçivəsində SOCAR-ın
prezidenti Rövşən Nəcəf “INPEX” şirkətinin Avropa və Yaxın Şərq
layihələri üzrə icraçı direktoru və baş vitse-prezidenti Munehiro
Hosono ilə görüşüb.
Trend Görüşdə “INPEX”
şirkətinin Azərbaycanın təşəbbüsü ilə icra olunan layihələrdəki
fəal iştirakı, o cümlədən SOCAR ilə uğurlu əməkdaşlığı məmnunluqla
qeyd olunub. Şirkətlər arasında əməkdaşlığın genişləndirilməsi,
birgə layihələrin icrası imkanları nəzərdən keçirilib.
Söhbət zamanı təcrübə mübadilələrinin aparılmasına və qarşılıqlı
maraq doğuran digər məsələlərə dair fikir mübadiləsi aparılıb.

