“Şahdəniz”də hasil olunan qazın həcmi açıqlandı

Baş səhifə

Bakı.Trend:

Azərbaycanın flaqman qaz-kondensat yatağı olan “Şahdəniz”in
işlənməyə başlanıldığı vaxtdan indiyədək 278 milyard kubmetr qaz və
53,6 milyon ton qaz kondensatı hasil edib.

Bu barədə Trend
məlumatlı mənbə bildirib.

Mənbənin verdiyi məlumata görə, 2026-cı il mayın 1-nə olan
vəziyyətə əsasən yataqdan qaz ixracının ümumi həcmi 199,6 milyard
kubmetrə çatıb.

Yatağın işlənməsinə 2006-cı ildə “Şahdəniz-1” layihəsinin işə
salınması ilə başlanılıb, 2018-ci ildə isə “Şahdəniz-2” istismara
verilib.

Hazırda yataqda gündəlik hasilat təxminən 74,2 milyon standart
kubmetr qaz və ya illik təxminən 27,1 milyard kubmetr təşkil
edir.




Uzunmüddətli hasilatın qorunub saxlanılmasında əsas amil kimi “Shah Deniz Compression” (SDC) layihəsi çıxış edəcək. Gözlənilir
ki, bu layihə əlavə olaraq təxminən 50 milyard kubmetr qaz və 25
milyon barel kondensatın çıxarılmasına imkan verəcək.

bp-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti
Cio Kristofoli Bakı Enerji Həftəsi çərçivəsində bildirib ki, layihə
üzrə işlərin artıq təxminən 30 faizi tamamlanıb və kompressor
qurğusunun istismara verilməsi 2029-cu ilə planlaşdırılır.

Layihənin dəyəri 2,9 milyard ABŞ dollarıdır. Layihəyə 2025-ci
ildə start verilib və onun məqsədi çıxarma əmsalının artırılması,
eləcə də hasilatın pik səviyyəsinin daha uzun müddət
saxlanılmasıdır.

Beynəlxalq reytinq agentliyi Moody’s qeyd edir ki, “Şahdəniz”
dünyanın ən iri qaz-kondensat yataqlarından biridir. Agentliyin
qiymətləndirməsinə əsasən, yataqda hasilat artıq illik təxminən
27–27,8 milyard kubmetr səviyyəsində sabit mərhələyə çatıb və
2026–2027-ci illərdə də təxminən 27 milyard kubmetr səviyyəsində
qalacağı, daha sonra isə ehtiyatların təbii tükənməsi səbəbindən
tədricən azalacağı gözlənilir.

Qeyd edək ki, layihənin operatoru 29,99 faiz payla bp
şirkətidir. Layihənin digər iştirakçıları sırasında LUKOIL
(19,99%), TPAO (19%), SGC (16,02%), NICO (10%) və MVM Group (5%)
yer alır.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir