
Bakı. Trend:
Paytaxtın Yasamal rayonu ərazisində avtomobildə yanğın baş
verib.
Bu barədə Trend-ə Fövqəladə Hallar Nazirliyindən məlumat
verilib.
Bildirilib ki, “112” qaynar telefon xəttinə daxil olan məlumatla
əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin
qüvvələri cəlb olunub.
Yanğınsöndürənlər tərəfindən “CHANGAN” markalı minik
avtomobilinin mühərrik hissəsində baş vermiş yanğın genişlənməsinə
imkan verilmədən qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində avtomobilin mühərrik hissəsi yanıb. Xəsarət
alan olmayıb.
Avtomobilin digər hissələri yanğından mühafizə olunub.

