
Bakı.Trend:
ABŞ Ticarət Nümayəndəliyi (USTR) məcburi əməyin istifadəsi ilə
istehsal olunan məhsulları qadağan edə bilmədiklərinə görə 60
ölkədən idxal olunan məhsullara 12,5%-ə qədər əlavə rüsumların
tətbiqini təklif edib.
Trend xəbər verir
ki, bu barədə CNBC yazır.
Nəşrin qeyd etdiyinə görə, bu genişmiqyaslı qərar Çin, Avropa
İttifaqı və Yaponiya da daxil olmaqla əksər ticarət tərəfdaşlarına
zərər vuracaq.
ABŞ Ticarət Nümayəndəliyi bildirir ki, həmin 60 ölkənin hamısı
məcburi əməyin tətbiqi ilə istehsal olunan məhsulların idxalına
qadağanı tətbiq edə və ya effektiv şəkildə icra edə bilməyib və bu
da ABŞ işçiləri üçün “bərabər olmayan şərait” yaradıb.
“Əsas ticarət tərəfdaşlarımızın məcburi əməkdən istifadə
edilərək istehsal olunan məhsulların idxalı problemini həll edə
bilməməsi qəbuledilməzdir. Bu, ABŞ işçilərinin qlobal miqyasda
qeyri-bərabər şəraitdə rəqabət aparmalı olduğu bir vəziyyət
yaradır. Biz artıq bu bərabərsizliyə dözməyəcəyik”, – ABŞ ticarət
nümayəndəsi Ceymison Qrir bildirib.
Eyni zamanda, məcburi əməyə qarşı tam və ya qismən qadağa tətbiq
edən ölkələr üçün 10%-lik rüsum, digər bütün ölkələr üçün isə
12,5%-lik rüsumun tətbiqi təklif olunur.

