İranın dəniz blokadası sentyabra qədər uzana bilər – Tramp

Baş səhifə

Bakı.Trend:

ABŞ Prezidenti Donald Tramp İranla münaqişənin yaxın zamanda
həll olunacağına ümid etdiyini bildirsə də, bu prosesin uzanması
ehtimalını da istisna etməyib.

Trend bu barədə
xarici mediaya istinadən xəbər verir.

Ağ Ev rəhbəri “The New York Post” müxbirinə verdiyi müsahibədə
bildirib ki, belə olan halda ABŞ-nin Hörmüz boğazı ərazisində
tətbiq etdiyi blokadanın daha bir neçə ay – sentyabrın əvvəlinə
qədər davam etməsi mümkündür.




Bununla belə, ABŞ Prezidenti bu ssenarini yenə də az ehtimal
olunan variant kimi qiymətləndirib. “Bilmirəm. Düşünürəm ki, belə
bir şey ola bilər (blokadanın sentyabra qədər davam etməsi). Amma
bu, az ehtimal olunandır. Düşünürəm ki, biz bütün problemləri
kifayət qədər tez həll edəcəyik”, – deyə o müsahibəsində
bildirib.

Tramp həmçinin İranla davam edən danışıqlarla bağlı nikbin
fikirlər səsləndirərək vəziyyətin sürətlə inkişaf etdiyini qeyd
edib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir