
Livanı xilas etmək üçün “Hizbullah” silahsızlaşdırılmalı və ölkə hərbsizləşdirilməlidir.
Bunu İsrailin Baş naziri Benyamin Netanyahu CNBC telekanalına müsahibəsində deyib.
“Əgər Livanı xilas etmək və Livan-İsrail sülhünə nail olmaq istəyiriksə — mən bunu istəyirəm — biz “Hizbullah”ı silahsızlaşdırmalı və Livanı hərbsizləşdirməliyik”, – Baş nazir vurğulayıb.
O qeyd edib ki, bu məsələ ilə bağlı ABŞ Prezidenti Donald Trampla eyni mövqeni bölüşür: “Bu, Trampın və mənim paylaşdığımız məqsəddir”.
Netanyahu “Hizbullah” və HAMAS-ın hədəfinin İsrail olduğunu bildirib: “Bu soyqırımı törədən terrorçuların Livanı ələ keçirməsinə və həmin ölkədən İsrailə qarşı istifadə etməsinə imkan vermək olmaz”.

