
Bakı. Trend:
Nəsimi rayonunda oğurluq hadisəsi baş verib.
Bu barədə Trend-ə Daxili İşlər Nazirliyindən məlumat
verilib.
Zərərçəkən polisə müraciət edərək ona məxsus kafedən 600 manatın
talandığını bildirib.
Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə
şübhəli bilinən M.Qədirli və V.Nəsirov müəyyən edilərək
saxlanılıblar.
Araşdırmalar davam etdirilir.

