“Google” 32 milyon ağcaqanadı təbiətə buraxacaq

Baş səhifə

Bakı.Trend:

“Google” korporasiyası genişmiqyaslı ekoloji layihə həyata
keçirməyi planlaşdırır. Belə ki, “Debug” təşəbbüsü çərçivəsində
şirkət Kaliforniya və Florida ştatlarında xüsusi şəkildə
yetişdirilmiş 32 milyon ağcaqanadın təbiətə buraxılmasını
planlaşdırır.

Bu barədə Trend
xarici mediaya istinadən xəbər verir.

Eksperimentin məqsədi insanlar üçün təhlükəli xəstəliklər,
xüsusilə Qərbi Nil virusu və denge qızdırmasını yayan vəhşi
həşəratların populyasiyasını kəskin şəkildə azaltmaqdır.




Ağcaqanadlar ABŞ-də bir sıra təhlükəli xəstəliklərin əsas
daşıyıcıları hesab olunur. Bunlara Sent-Luis ensefaliti, denge
qızdırması, Zika virusu, sarı qızdırma və hazırda ölkədə yoluxma
hallarının sayına görə lider olan Qərbi Nil virusu daxildir.

“Debug” layihəsi məhz bu təhlükələrlə mübarizənin texnoloji və
təhlükəsiz üsullarını tapmaq məqsədilə on ildən artıq müddətdə
hazırlanıb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir