Azyaşlıları girov saxlayan şəxs təslim olub

Baş səhifə

Bakı.Trend:

Almaniyanın Dortmund şəhərində üç övladını girov saxlayan kişi
polisə təslim olub.

Trend xəbər verir
ki, bu barədə Bild qəzeti məlumat yayıb.

Qəzetin məlumatına görə, şübhəli şəxs 51 yaşlı Serbiya
vətəndaşıdır. Yaşları 7, 10 və 12 olan uşaqlar xəsarət almayıb və
hazırda hüquq-mühafizə orqanlarının himayəsi altındadırlar.




Kişi iyunun 2-də restoranda asayışı pozub, yoldan keçən şəxsləri
hədələyib və bibər qazı spreyi istifadə etdikdən sonra avtomobillə
hadisə yerindən uzaqlaşıb. Daha sonra o, Höxsten rayonundakı
yaşayış evində barrikada quraraq uşaqları girov saxlayıb. Şübhəli
əməliyyat əməkdaşlarından birinə atəş açıb, lakin həmin əməkdaş
zirehli jilet geyindiyindən yalnız yüngül xəsarət alıb.

Höxstenə polis danışıqlar qrupu cəlb edilib. Onlar cinayətkarı
təslim olmağa və girovları azad etməyə razı salmağa çalışıblar.
Nəticədə, yerli vaxtla təxminən saat 03:30-da (Bakı vaxtı ilə
05:30) kişi hüquq-mühafizə orqanlarına təslim olub.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir