
Bakı. Trend:
Ermənistanın şaxələndirmə adı altında Avropa İttifaqına
inteqrasiyası Avrasiya İqtisadi İttifaqı və Rusiya ilə əlaqələrin
kəsilməsi deməkdir.
Trend xarici
mediaya istinadla xəbər verir ki, bu barədə Rusiya Təhlükəsizlik
Şurasının katibi Sergey Şoyqu bildirib.
Şoyqu bildirib ki, Aİ ilə inteqrasiya, hətta şaxələndirmə adı
altında belə, AİB və Rusiya ilə əlaqələrin kəsilməsi deməkdir.
“Bu cür addımlar Ermənistan iqtisadiyyatını dərin böhrana
aparacaq. Açıq demək istəyirəm ki, biz Ermənistanın Aİ ilə
əlaqələrinin genişləndirilməsini, Avropa standartlarına keçidin
yumşaldılmasını və sonrakı iqtisadi böhrandan çıxışı
maliyyələşdirməyəcəyik”, – deyə Şoyqu bildirib.

