
Bakı.Trend:
Avropa Parlamenti daxili kompüterlərdə axtarış sistemi kimi “Google”dan imtina edərək Fransa mənşəli “Qwant” axtarış sisteminə
keçib.
Bu barədə Trend
xarici mediaya istinadən xəbər verir.
Məlumata görə, Avropa Parlamenti daxili istifadə üçün standart
axtarış sistemi olaraq “Google”dan imtina etmək və onun yerinə “Qwant” istifadə etmək barədə qərar qəbul edib.
4 iyundan etibarən əməkdaşlar və deputatlar yeni sistemdən
istifadə edəcəklər. Bu barədə Avropa Parlamentinin daxili
bildirişində qeyd olunub.
Qərar qurumun rəqəmsal suverenlik və istifadəçi şəxsi
məlumatlarının qorunması siyasəti ilə əsaslandırılır.

