Tramp: İranla razılaşma bu həftəsonu əldə oluna bilər

Baş səhifə

ABŞ Prezidenti Donald Tramp Vaşinqton və Tehran arasında aparılan danışıqların uğurla davam etdiyini və İranla razılaşmanın artıq bu həftəsonu əldə edilə biləcəyini bildirib.

APA xəbər veri ki, Trampın sözlərinə görə, danışıqlar müsbət məcrada irəliləsə də, onların nəticəsiz qalması ehtimalı da istisna edilmir.

“Eşitdiyimə görə, danışıqlar çox yaxşı gedir, həqiqətən də çox yaxşı gedir. Əgər bu baş versə, baxmayaraq ki, baş verməyə də bilər, bunu heç kim dəqiq bilmir, razılaşma artıq bu həftəsonu əldə oluna bilər”, – deyə ABŞ prezidenti bildirib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir