ABŞ və İran arasında saziş həftəsonu imzalana bilər

Baş səhifə

ABŞ Prezidenti Donald Tramp Vaşinqton və Tehran arasında aparılan danışıqların müsbət məcrada davam etdiyini bildirib.

Modern.az xəbər verir ki, Tramp bu barədə jurnalistlərə açıqlamasında deyib.

Trampın sözlərinə görə, ABŞ və İran arasında mümkün sazişin həftəsonu əldə olunması istisna edilmir.

“Danışıqlar çox yaxşı gedir. Saziş həftəsonu bağlana bilər, lakin uğursuzluq ehtimalını da istisna etmək olmaz”, – ABŞ prezidenti bildirib.

Qeyd edək ki, Vaşinqton və Tehran arasında aparılan danışıqlar İranın nüvə proqramı və regional təhlükəsizlik məsələləri ilə bağlı fikir ayrılıqlarının aradan qaldırılmasına yönəlib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir