
Bakı.Trend:
Sabirabad rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi
baş verib.
Trend-in
məlumatına görə, hadisə iyunun 3-də saat 17 radələrində
Sabirabad–Hacıqabul avtomobil yolunun rayonun Şıxsalahlı kəndi
ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, Şıxsalahlı kənd sakini Fəttahov Nurlan Qasım oğlunun
idarə etdiyi “VAZ-2107” markalı avtomobil Hacıqabul istiqamətində
hərəkətdə olarkən yolun solundan sağa keçən velosipedçi, həmin
kənddə yaşayan Məmmədli Hüseyn Sarvan oğlunu vurub.
Nəticədə Hüseyn Məmmədli aldığı ağır xəsarətlərdən hadisə
yerində həyatını itirib.
Faktla bağlı Rayon Polis Şöbəsinin İstintaq bölməsində cinayət
işi başlanılıb, araşdırma aparılır.

