
Bakı.Trend:
KXDR rəhbəri Kim Çen In yaxın zamanda istismara verilmiş yeni
nüvə materialları istehsalı müəssisəsinə təftiş məqsədilə baş
çəkib.
Trend xəbər verir
ki, bu barədə Koreya mediası məlumat yayıb.
Ölkə lideri ilə birlikdə müəssisədə Koreya Əmək Partiyası
Mərkəzi Komitəsinin Müdafiə sənayesi şöbəsinin rəhbər işçiləri,
eləcə də Nüvə Silahları Elmi-Tədqiqat İnstitutunun nümayəndələri
olublar.
KXDR lideri bildirib ki, son beş il ərzində silah məqsədli nüvə
materiallarının istehsalı üzrə güclər iki dəfə artırılıb. O,
həmçinin xatırladıb ki, partiyanın IX qurultayında nüvə silahlı
qüvvələrinin gücləndirilməsinə dair yeni beşillik proqram qəbul
edilib. Həmin proqram məhsuldarlığın artırılmasını və ölkənin nüvə
arsenalının genişləndirilməsini nəzərdə tutan strateji kursu
müəyyənləşdirir.

