Azərbaycandan keçməklə Ermənistana gübrə və buğda göndəriləcək

Baş səhifə

Bakı. Trend:

Bu gün Rusiyadan Ermənistana Azərbaycan ərazisindən tranzit
keçməklə növbəti tədarük həyata keçiriləcək.

Trend xəbər
verir ki, Ermənistana 2 vaqon gübrə, 2 vaqon buğda
göndəriləcək.

Yük vaqonları saat 14:00-da Biləcəri stansiyasından Böyük Kəsik
stansiyası istiqamətinə yola salınacaq.




Qeyd edək ki, indiyədək Rusiyadan Ermənistana Azərbaycandan
tranzit keçməklə 29 min tondan çox taxıl, 6 min tondan çox gübrə,
133 ton alüminium və 68 ton qarabaşaq göndərilib.

Tranzitlə yanaşı, Azərbaycandan Ermənistana neft məhsulları da
ixrac olunur. İndiyədək Azərbaycandan Ermənistana 10 min tondan çox
dizel, 979 ton Aİ-92 benzini və 2 min 955 ton Aİ-95 benzini ixrac
olunub.

Xəbər yenilənəcək

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir