Bakıda 4-cü Milli Kibertəhlükəsizlik Forumu keçirilir

Baş səhifə

Bakı. Trend:

Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyası (AKTA)
tərəfindən Bakıda “4-cü Milli Kibertəhlükəsizlik Forumu”
keçirilir.

Trend xəbər
verir ki, tədbir Dövlət Təhlükəsizliyi Xidmətinin Milli
Kibertəhlükəsizlik Mərkəzinin əsas tərəfdaşlığı ilə baş tutur.

Artıq ölkənin aparıcı kibertəhlükəsizlik platformalarından
birinə çevrilən forum dövlət qurumlarını, özəl sektor
nümayəndələrini, beynəlxalq tərəfdaşları, texnologiya şirkətlərini
və sahə üzrə ekspertləri bir araya gətirir.




Forum çərçivəsində kibertəhlükəsizlik sahəsində aktual
çağırışlar və gələcək perspektivlər müzakirə olunur, həmçinin
tərəflər arasında əməkdaşlığın inkişafı üçün mühüm platforma
formalaşdırılır.

Xəbər yenilənəcək

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir