
Bakı. Trend:
Bakıda “Azerbaijan Jewelry Show” sərgisi keçirilir.
Trend xəbər
verir ki, 4–6 iyun tarixlərində Bakı İdman Sarayında keçiriləcək
sərgidə Azərbaycan və Türkiyədən zərgərlik sahəsində fəaliyyət
göstərən şirkətlər iştirak edir.
Sərgi çərçivəsində qiymətli daşlar, qızıl və gümüşdən
hazırlanmış zərgərlik məmulatları, külçələr və sikkələr,
bijuteriya, zərgərlik məmulatları üçün qablaşdırma məhsulları,
eləcə də zərgərlik sənayesi üçün avadanlıq və ləvazimatlar nümayiş
etdirilir.
Sərginin ümumi sahəsi 4000 m²-dir. İştirakçı şirkətlərin sayı
isə 50–60 şirkətdir.

