Son altı ayda 200 iri həcmli DDoS hücumu zərərsizləşdirilib

Baş səhifə

Bakı. Trend:

Son altı ay ərzində ölkə üzrə zərərli məzmun yayan 2 min resurs
məhdudlaşdırılıb, 200 iri həcmli DDoS hücumu zərərsizləşdirilib,
1,5 milyondan çox informasiya sızıntısı faktı aşkarlanıb və 160 min
botnet yoluxmasının qarşısı alınıb.

Trend xəbər
verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini
Saməddin Əsədov Bakıda keçirilən “4-cü Milli Kibertəhlükəsizlik
Forumu”nun rəsmi açılış mərasimində deyib.

Onun sözlərinə görə, ölkə səviyyəsində kibertəhlükəsizlik
sahəsində məlumat mübadiləsinin təmin edilməsi və informasiya
məkanının müasir təhdidlərdən qorunması məqsədilə vahid
kibertəhlükəsizlik platforması yaradılıb. Hazırda 70-dən çox qurum
bu platformaya qoşulub və şəbəkənin daha da genişləndirilməsi
istiqamətində işlər davam etdirilir.

Nazir müavini bildirib ki, son üç ildə Azərbaycan
Kibertəhlükəsizlik Mərkəzində 365-ə yaxın mütəxəssis hazırlanıb və
onların 86 faizinin artıq işlə təmin olunub.




“Bundan əlavə, dövlət və özəl qurumlarda çalışan 120
kibertəhlükəsizlik mütəxəssisi ixtisasartırma proqramlarına cəlb
olunub, 53 təşkilatda isə kibermaarifləndirmə təlimləri
keçirilib”.

S.Əsədov qeyd edib ki, qarşıdakı dövr üçün əsas hədəf
Azərbaycanın regionun aparıcı kibertəhlükəsizlik mərkəzlərindən
birinə çevrilməsidir:

“Bu məqsədlə milli kibertəhlükəsizlik imkanlarının daha da
gücləndirilməsi, təhdid kəşfiyyatı və erkən xəbərdarlıq
sistemlərinin inkişaf etdirilməsi, milli CERT ekosisteminin
genişləndirilməsi, elmi tədqiqatların, innovasiyaların və süni
intellekt texnologiyalarının təşviqi, eləcə də yüksək ixtisaslı
insan kapitalının formalaşdırılması istiqamətində fəaliyyət davam
etdiriləcək”.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir