
Bakı.Trend:
Macarıstan Ukraynanın Avropa İttifaqına üzv olması ilə bağlı
vetosunu geri götürüb. Artıq Kiyev Aİ üzvlüyü üzrə rəsmi
danışıqlara başlaya biləcək.
Trend bu barədə
xarici mediaya istinadən xəbər verir.
Budapeştdə Peter Madyarın rəhbərlik etdiyi yeni hökumət Ukrayna
və qonşu Moldovanın danışıqlara başlaya biləcəyinə işarə edib.
Madyar bildirib ki, Macarıstan Ukraynaya, Ukraynada yaşayan
macar azlığın hüquqlarının genişləndirilməsi müqabilində dəstək
verəcək. Söhbət Brüsselin iştirakı ilə bir neçə həftədir müzakirə
olunan dil, təhsil və mədəniyyət təminatlarından gedir.
Bununla yanaşı, Peter Madyar son vaxtlar bir daha bəyan edib ki,
ölkəsi Zakarpatyada yaşayan etnik macarların hüquqları bərpa
olunmadan Ukraynanın Avropa İttifaqına üzvlük danışıqlarının
başlanmasını dəstəkləməyəcək. O, bu məsələnin Budapeşt üçün xüsusi
əhəmiyyət daşıdığını vurğulayıb.

