
Xankəndi.Trend:
Qubadlıda Bərgüşad su anbarının tikinti-quraşdırma işlərinə
yaxın vaxtlarda başlanılması nəzərdə tutulur.
Bunu Trend-ə
açıqlamasında Qarabağ Regional Su Meliorasiya Sistemlərinin
İstismarı İdarəsinin rəisi Müşfiq Adıgözəlov deyib.
O bildirib ki, layihə hazırda tender mərhələsindədir və müvafiq
prosedurlar tamamlandıqdan sonra tikinti işlərinə start
veriləcək.
M.Adıgözəlovun sözlərinə görə, eyni zamanda Xankəndi şəhərinin
su təchizatı, kanalizasiya və yağış sularının idarə olunması
sistemlərinin yenidən qurulması ilə bağlı layihələndirmə işləri
davam etdirilir.
“Ağdam–Xankəndi–Şuşa magistral yolunun tikintisi ilə əlaqədar
olaraq hazırda Xankəndi şəhərinin əsas daşıyıcı kanalizasiya
kollektorunun inşası da həyata keçirilir.Hazırda diametri 1200
millimetr olan əsas daşıyıcı kanalizasiya kollektorunun tikinti
işləri davam edir”, -deyə idarə rəisi əlavə edib.

