
Laçında və Kəlbəcərdə arxeoloji tədqiqatlar aparmağı təşkil etməliyik.
APA xəbər verir ki, bu sözləri AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli AMEA-nın 2026-cı il arxeoloji və antropoloji çöl tədqiqat mövsümünün açılış mərasimində deyib.
O bildirib ki, Qarabağın bəzi ərazilərində tədqiqatlar aparılır, ancaq digər ərazilərə də ilk arxeoloji ekspedisiyalar təşkil olunmalıdır.

