Ermənistan və ABŞ TRIPP sazişini imzalayıb

Baş səhifə

Ermənistan və ABŞ TRIPP (“Tramp Marşrutu”) layihəsi üzrə çərçivə sazişini imzalayıb.

“Armenpress” xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Sənədin ilkin olaraq mayın 26-da ABŞ dövlət katibi Marko Rubionun Ermənistana səfəri zamanı paraflandığı xatırladılıb.

Ermənistan XİN-in yaydığı videogörüntüdə xarici işlər naziri Ararat Mirzoyanın sənədi imzaladığı əks olunub.

Mirzoyanın sözlərinə görə, bir neçə gün əvvəl o və ABŞ dövlət katibi Marko Rubio tərəfindən ilkin olaraq paraflanan sənəd daha sonra ABŞ tərəfindən imzalanaraq Ermənistana göndərilib: “Dövlət katibi Rubio sazişi imzaladı, sənəd Ermənistana göndərildi və indi mən də Ermənistan tərəfi adından imzamı atdım”.

Mirzoyan qeyd edib ki, bununla sənədin distant imzalanması prosesi başa çatıb: “Beləliklə, distant imzalama prosesi tamamlandı və saziş ratifikasiya üçün hazırdır”.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir