
Bakı. Trend:
Sabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu
olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi
gözlənilir.
Trend Milli
Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir ki, gecə bəzi
yerlərdə duman olacaq. Şimal-şərq küləyi gündüz cənub-şərq küləyi
ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 15-18° isti, gündüz 24-29° isti olacaq.
Atmosfer təzyiqi 762 mm civə sütunu, nisbi rütubət isə gecə 60-65
%, gündüz 45-50 % olacaq.
Azərbaycanın əksər rayonlarında havanın əsasən yağmursuz
keçəcəyi, lakin bəzi dağlıq və dağətəyi rayonlarda arabir yağıntılı
olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli
intensivləşəcəyi, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə
və səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 15-19° isti, gündüz 27-32° isti,
dağlarda gecə 7-12° isti, gündüz 15-19°, bəzi yerlərdə 21-25° isti
olacaq.

