Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana buğda, arpa və gübrə göndərilib – YENİLƏNİB

Baş səhifə

Bu gün Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti tədarük həyata keçirilib.

APA-Economics” xəbər verir ki, 3 vaqondan ibarət, çəkisi 210 ton olan buğda və 2 vaqondan ibarət, çəkisi 140 ton olan arpa və 1 vaqondan ibarət, çəkisi 69 ton olan gübrə Biləcəri stansiyasından Böyük Kəsik istiqamətinə göndərilib.

Qeyd edək ki, indiyədək Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə 29 min tondan çox taxıl, 6 min tondan çox gübrə, 133 ton alüminium və 68 ton qarabaşaq göndərilib.

Xatırladaq ki, tranzitlə yanaşı, Azərbaycandan Ermənistana neft məhsulları da ixrac olunur. İndiyədək Azərbaycandan Ermənistana 10 min tondan çox dizel, 979 ton Aİ-92 benzini və 2955 ton Aİ-95 benzini ixrac olunub.

***

10.02

Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə 3 vaqon buğda, 2 vaqon arpa, 1 vaqon gübrə göndəriləcək.

APA xəbər verir ki, vaqonlar bu gün Biləcəri stansiyasından yola salınacaq.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir