
Bakı. Trend:
Avropa Komissiyasının (AK) sədri Ursula fon der Lyayen Rusiyanın
Ermənistan məhsullarının idxalına tətbiq etdiyi məhdudiyyətlər
səbəbindən İrəvana 50 milyon avro ayırılacağını vəd edib.
Trend xəbər verir
ki, bu barədə AK-nin mətbuat relizində bildirilir.
“Bu, iqtisadi təzyiqdən başqa bir şey deyil və qəbuledilməzdir”,
– deyə fon der Lyayen Ermənistanın Baş naziri Nikol Paşinyanla
telefon danışığı zamanı bildirib.
O, Rusiyanın tətbiq etdiyi tədbirləri tənqid edib və bildirib
ki, bu sahədə kifayət qədər təcrübəyə malikdir, çünki Avropa
İttifaqı son beş ildə öz tarixində üçüncü ölkələrə qarşı rekord
sayda iqtisadi sanksiyalar və iqtisadi təzyiq tədbirləri tətbiq
edib.
Fon der Lyayen bildirib ki, Avropa İttifaqı Ermənistanı
qətiyyətlə dəstəkləyir və 50 milyon avro maliyyə yardımını əhatə
edəcək dəstək paketi hazırlayır.

