
Bakı. Trend:
“Respublika Perinatal Mərkəzi”ində 7 körpənin öldüyü yanğınla
bağlı ittiham olunan direktor və şöbə rəislərinin cinayət işi üzrə
məhkəmənin prosesi yekunlaşıb.
Trend xəbər verir
ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə hökm elan
edilib.
Hökmə əsasən, təqsirləndirilən Mehriban Abasquliyeva 7 il 6 ay ,
Hamlet Mustafayev 5 il 8 ay, Elnur Əhmədli 5 il 2 ay müddətinə
azadlıqdan məhrum etmə cəzasına məhkum edilib.
Qeyd edək ki, mərkəzin direktoru vəzifəsində işləmiş Mehriban
Abasquliyeva Cinayət Məcəlləsinin 308.2 (ağır nəticələrə səbəb olan
vəzifə səlahiyyətlərindən sui-istifadə) və 225.3-cü (yanğın
təhlükəsizliyi qaydalarını pozma ehtiyatsızlıqdan iki və daha çox
şəxsin ölümünə səbəb olduqda) maddələri, həmin mərkəzin şöbə
rəisləri vəzifəsində işləmiş Hamlet Mustafayev və Elnur Əhmədli isə
Cinayət Məcəlləsinin 225.3-cü maddəsi ilə təqsirləndirilən şəxs
qismində cəlb edilərək onlara həmin maddələrlə nəzərdə tutulan
ittiham elan edilib.
Xatırladaq ki, cinayət işi üzrə zərərçəkmiş qismində “Respublika
Perinatal Mərkəzi”, Elçin Gülmalı oğlu Nəcəfov, Vaqif İntiqam
Hacıyev, Aynurə Qalib qızı Əhmədova, Gülbahar Zülfüqarova
zərərçəkmiş qismində tanınıb.

