Elnur Rzayev Uzunoba kəndində sakinlərlə görüşüb (FOTO)

Baş səhifə

Bakı. Trend:

Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev Uzunoba
kəndində növbəti səyyar qəbul keçirib.

Bu barədə Trend-ə Xaçmaz Rayon İcra Hakimiyyətindən məlumat
verilib.

Bildirilib ki, qəbulda Xaçmaz rayon prokuroru Rəşad Məmmədov,
Xaçmaz Rayon Polis Şöbəsinin rəisi Samir Məcidov, idarə və müəssisə
rəhbərləri iştirak ediblər.

Görüşdən əvvəl rayon rəhbərliyi və iştirakçılar 20 Yanvar şəhidi
Zahid Abdullayevin büstü önünə gül dəstələri qoyaraq şəhidimizin
əziz xatirəsini ehtiramla yad ediblər.




Qəbulda Uzunoba İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyə daxil
olan Uzunoba, Baraxum, Xəzərli, Şıxlı, Məşidoba, Şərifoba, Tikanoba
və Yataqoba kəndlərinin sakinləri iştirak ediblər.

Sakinlər elektrik təsərrüfatının yenilənməsi, su təchizatının
yaxşılaşdırılması və bir sıra fərdi müraciətlərlə bağlı məsələləri
səsləndiriblər.

Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev kənd
sakinlərinin arzu və təkliflərini həssaslıqla dinləyərək, onları
narahat edən problemlərin aradan qaldırılması istiqamətində
aidiyyəti üzrə müvafiq tapşırıqlar verib. Bir çox müraciət
yerindəcə müsbət həllini tapıb.

Sakinlər əhalinin problemlərinin həlli məqsədilə yerlərdə həyata
keçirilən tədbirlərə, göstərilən yüksək diqqət və qayğıya görə
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və
Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını
ifadə ediblər.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir