
Bakı.Trend:
Şri-Lankanın qərbində yerləşən qocalar evində baş vermiş güclü
yanğın nəticəsində azı 12 nəfər həlak olub.
Trend xəbər verir
ki, bu barədə “Xinhua” agentliyi yerli polis idarəsinə istinadən
məlumat yayıb.
İnsident Xoran şəhərinin Anquruvatot rayonunda baş verib. İlkin
məlumata görə, xilasedicilər 44 nəfəri təhlükəsiz şəkildə təxliyə
edib, yeddi nəfər müxtəlif dərəcəli xəsarətlər alıb və yaxınlıqdakı
xəstəxanaya çatdırılıb.
3 nəfər itkin düşüb. Hadisənin səbəbləri araşdırılır.

